Prezident fərmanı icra edilmir: ADDA-da iki aydır əməkhaqları verilmir

OXUNUB: 4463 Özəl

İCMAL.az xəbər verir ki,Prezidentin, RabitəvəYüksək Texnologiyalar Nazirliyi yanındaDövlət Dəniz Agentliyi və Dövlət Mülki Aviasiya Agentliyinin yaradılması haqqında fərmanına əməl edilmir.

Belə bir iddia ilə çıxış edən mənbəmizin sözlərinə görə, ləğv edilənDövlət Dəniz Administrasiyası vəDövlət Mülki Aviasiya Administrasiyasında işçilərin əməkhaqları iki aydır ki, verilmir: "Prezidentin fərmanında müvafiq qurumlara yeni yaradılanpublik hüquqi şəxslərin nizamnamələrini vəstrukturlarınıstrukturunun və əsasnaməsinin bir ay müddətində hazırlanaraq prezidentlə razılaşdırılmaqla təsdiq olunması tapşırılıb. Fərman yanvarın 12-də verilib, amma hələ heç bir addım atılmayıb. Bu laqeyidliyin və məsuliyətsizliyin zərbəsi isə sıravi işçilərə dəyib. Dövlət Dəniz Administrasiyasının işçiləri arasında maddi durumu çətin olanlar bu özbaşınalıqdan daha çox əziyyət çəkirlər. Çox ciddi problemlər yaranıb. Birləşdirməni başa çatdırmırlar ki, büdcə açılsın və Maliyyə Nazirliyi vəsait ayırsın.Nəqliyyat, RabitəvəYüksək Texnologiyalar Nazirliyi birləşmə üçün heç bir addım atmır. Nazir Ramin Quluzadə bir dəfə administrasiyada olub vəssalam, ondan sonra heç bir əməli fəaliyyət olmayıb”.
Həmsöhbətimiz onu da bildirdi ki, yeni struktur təsdiqlənmədiyi üçün qurumlarda çalışanlar köhnə vəzifələrinin əməkhaqlarını alacaqlar.

İCMAL.az

 

 

RƏYLƏR