Prezident general-mayoru ehtiyata buraxdı – SƏRƏNCAM

OXUNUB: 1057 index-manşet SİYASƏT

General-mayor Akif Əli oğlu Şəfiyev həqiqi hərbi xidmətdən ehtiyata buraxılıb. 

Icmal.Az-ın məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamda bildirilir: 
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 40.1-ci və 41.0.2-ci maddələrini, "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 164-cü maddəsinin ikinci hissəsini nəzərə alaraq qərara alıram:
1. General-mayor Akif Əli oğlu Şəfiyev hərbi geyim formasını daşımaq hüququ verilməklə həqiqi hərbi xidmətdən ehtiyata buraxılsın.

Dövlət başçısı general-mayor Akif Əli oğlu Şəfiyev barəsində daha bir Sərəncama imza atıb:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Dövlət sərhədinin mühafizəsi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Akif Əli oğlu Şəfiyev 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.

 

Icmal.Az

RƏYLƏR