Prezident humanitar atəşkəsin pozulmasının səbəbini açıqladı: Hadrutu geri qaytarmağa çalışdılar

OXUNUB: 746 index-manşet SİYASƏT

Prezident humanitar atəşkəsin pozulmasının səbəbini açıqladı: Hadrutu geri qaytarmağa çalışdılar


"Birtərəfli qaydada atəşkəsə nail olmaq mümkün deyil. Əks təqdirdə, Ermənistan üstünlük qazanacaq və hədəfinə çatacaq. Əslində, mahiyyətcə onların çalışdığı budur. Onlar azad edilmiş (Azərbaycan Ordusu tərəfindən - red.) əraziləri geri qaytarmağa çalışırlar. Xüsusilə də, Hadrut şəhərini geri qaytarmağa çalışdılar. Ancaq cəhdləri uğursuz alındı. Onlara tövsiyə edirəm - artıq Ermənistan hökumətinə, eləcə də erməni xalqına açıq mesaj göndərmişəm - azad edilmiş əraziləri geri qaytarmaq cəhdlərinizi dayandırın. Bu, yalnız yeni qurbanlara, qan tökülməsinə səbəb olacaq".

7news.Az bildirir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev "Fransa-24" telekanalına verdiyi müsahibəsində deyib.

RƏYLƏR