Prezident icra başçısını işdən çıxardı - Yeni təyinat

OXUNUB: 5551 index-manşet SİYASƏT

Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasının Şərur Rayon İcra Hakimiyyətinin başçısı İbrahim İsmayıl oğlu Məmmədovu vəzifəsindən azad edib.

Dövlət başçısı bununla bağlı sərəncam imzalayıb. 

Prezidentin imzaladığı digər müvafiq sənədlə bu vəzifəyə yeni şəxs gətirilib. Sərəncamda deyilir:

"Kamal Camal oğlu Cəfərov Naxçıvan Muxtar Respublikasının Şərur Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin”.

 

İcmal.Az

RƏYLƏR