Prezident İlham Əliyev Albaniyanın yeni seçilmiş Prezidentini təbrik edib

OXUNUB: 2122 index-manşet Funksiyalar Texnologiya

Bakı. 1 may. / Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Albaniya Respublikasının yeni seçilmiş Prezidenti İlir Metaya təbrik məktubu ünvanlayıb.

“Report”un xəbərinə görə, təbrikdə deyilir:

“Hörmətli cənab Meta,

Albaniya Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Albaniya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Albaniya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayıram”.

RƏYLƏR