Prezident İlham Əliyev: Biz özümüz yeni standartları müəyyən edirik

OXUNUB: 874 index-manşet SİYASƏT

"Biz özümüz yeni standartları müəyyən edirik".

Bunu Bakının Yasamal rayonundakı Arif Hüseynzadə adına 20 nömrəli məktəb-liseyin yeni inşa edilmiş binasının açılışında iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev məktəbin müəllim və şagird kollektivi ilə görüşündə deyib.

Müəllim və şagirdləri yeni dərs ili münasibətilə təbrik edən dövlətimizin başçısı qeyd edib:

"Bu dərs ilində siz yeni məktəbdə oxuyacaqsınız, işləyəcəksiniz. Bütün uşaqları, şagirdləri, müəllimləri bu gözəl hadisə münasibətilə təbrik edirəm".

İlham Əliyev vurğulayıb ki, 20 nömrəli məktəb indi dünyanın ən yüksək standartlarına cavab verir: "Bəlkə də biz özümüz yeni standartları müəyyən edirik".

 İcmal.Az

RƏYLƏR