Prezident İlham Əliyev qalib gələn karateçilərə medalları təqdim edib - VİDEO

OXUNUB: 480 index-manşet SİYASƏT

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında 61 kq çəki dərəcəsində mübarizə aparan qadın və 75 kq çəkidə yarışan kişi karateçilərin (kumite) mükafatlandırma mərasimi keçirilib.

Qaliblərə medalları Azərbaycan Prezidenti İlham Əliyev təqdim edib.

61 kq çəkidə idmançımız Fəridə Abiyeva, 75 kq çəki dərəcəsində isə ən titullu karateçimiz Rafael Ağayev birinci olub.

Mükafatlandırmadan sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

İcmal.Az


RƏYLƏR