Prezident İlham Əliyev Xətai, Yasamal, Suraxanı, Şirvan və Zərdab rayonunlarına yeni icra başçılarını təyin edib

OXUNUB: 1403 index-manşet AZƏRBAYCAN SİYASƏT
Prezident İlham Əliyev Rafiq Quliyevin Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir ki, Rafiq Çəpərxan oğlu Quliyev Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin.
 
***
 
Prezident İlham Əliyev Elşad Həsənovun Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Elşad Eldar oğlu Həsənov Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
 
***

Prezident İlham Əliyev Əziz Əzizovun Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Əziz İmran oğlu Əzizov Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Digər bir sərəncamla, Ə.Əzizov Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
 
***

Prezident İlham Əliyev İlqar Abbasovun Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, İlqar Namaz oğlu Abbasov Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib. Digər bir sərəncamla o, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
 
***
 
Prezident İlham Əliyev M.Camalovun Zərdab Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən Mərdan Talıb oğlu Camalov Zərdab Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Digər bir sərəncamla, Mərdan Talıb oğlu Camalov Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. 

RƏYLƏR