Prezident Nərimanov Rayon Məhkəməsinin yeni inzibati binasının açılışında – FOTO + YENİLƏNİB

OXUNUB: 1084 index-manşet SİYASƏT

Azərbaycan prezidenti İlham Əliyev Nərimanov Rayon Məhkəməsinin yeni inzibati binasının açılışında iştirak edib.

İcmal.Az-ın məlumatına görə, ədliyyə naziri Fikrət Məmmədov dövlət başçısına Azərbaycan hökumətinin Dünya Bankı ilə birgə maliyyələşdirdiyi və Ədliyyə Nazirliyinin həyata keçirdiyi "Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu” layihəsi çərçivəsində istifadəyə verilmiş, tikintisi aparılan və layihələndirilən müasir məhkəmə binaları və kompleksləri barədə məlumat verib.

Prezident İlham Əliyev Nərimanov Rayon Məhkəməsinin yeni inzibati binasının rəmzi açılışını bildirən lenti kəsib, burada yaradılan şəraitlə tanış olub.

Nərimanov Rayon Məhkəməsi təxminən 200 minə yaxın əhaliyə xidmət edəcək. Burada 90 nəfər, o cümlədən 13 hakim, 80-ə yaxın məhkəmə aparatı əməkdaşı və digər hüquqşünaslar işləyəcək.

Prezident İlham Əliyev binanın balkonundan ətraf ərazini seyr edib.

Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev prezident İlham Əliyevə Təbriz və Əhmədbəy Ağaoğlu küçələrinin kəsişdiyi ərazidə aparılan əsaslı tikinti işləri barədə məlumat verib. Bu ərazidə pilot layihə çərçivəsində 5 müasir yaşayış kompleksi inşa olunacaq.

Prezident İlham Əliyevə "Elektron məhkəmə” informasiya sistemi barədə məlumat verilib.

----

Azərbaycan Prezidenti İlham Əliyev iyunun 21-də Nərimanov Rayon Məhkəməsinin yeni inzibati binasının açılışında iştirak edib.

İcmal.Az xəbər verir ki, dövlət başçısı əvvəlcə Nərimanov Rayon Məhkəməsinin köhnə binasının, eləcə də, Azərbaycan Hökumətinin Dünya Bankı ilə birgə maliyyələşdirdiyi və Ədliyyə Nazirliyinin həyata keçirdiyi "Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu” layihəsi çərçivəsində hazırlanan müasir məhkəmə binalarının və komplekslərinin layihələrini əks etdirən stendlərə baxıb.

Prezident İlham Əliyev Nərimanov Rayon Məhkəməsinin yeni inzibati binasının rəmzi açılışını bildirən lenti kəsib.

Ədliyyə naziri Fikrət Məmmədov binada yaradılan şərait barədə Azərbaycan Prezidentinə məlumat verib.

 

İcmal.Az

RƏYLƏR