Prezident Oman sultanını təbrik etdi

OXUNUB: 739 index-manşet SİYASƏT

Prezident İlham Əliyev Oman sultanı Qabus bin Səidə təbrik məktubu göndərib.

İcmal.Az-ın məlumatına görə, məktubda deyilir: "Oman Sultanlığının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Oman xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

İcmal.Az

RƏYLƏR