Prezident Pinyeranı təbrik etdi

OXUNUB: 874 index-manşet SİYASƏT

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Çili Respublikasının yeni seçilmiş prezidenti Sebastian Pinyeraya təbrik məktubu ünvanlayıb.

İcmal.Az-ın xəbərinə görə, təbrik mətnində deyilir:

"Hörmətli cənab Pinyera,

Çili Respublikasının prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, yenidən dövlət başçısı kimi fəaliyyət göstərəcəyiniz qarşıdakı dövrdə Azərbaycanla Çili arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda birgə səylərimizi davam etdirəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Çili xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm”.

İcmal.Az

RƏYLƏR