Prezident: "Rusiyalı sülhməramlılar tərəfindən əcnəbilərin gizlicə Dağlıq Qarabağa buraxılması ilə bağlı anlaşılmaz hərəkətlər bizi heyrətləndirir"

OXUNUB: 475 index-manşet SİYASƏT
"Bu gün biz gələcək barədə düşünməliyik. Bu gün inteqrasiya barədə danışanda biz indi rusiyalı sülhməramlıların yerləşdiyi sahədə inteqrasiyanın istənilən formasına hazırıq, orada çox adam yaşamır. Ümumiyyətlə, sizə deməliyəm, orada nə qədər insanın yaşaması barədə müxtəlif rəqəmlər olmaması üçün bilin ki, müharibədən əvvəl orada maksimum 60 min nəfər yaşayırdı. Biz bu məlumatları havadan götürməmişik. Biz, o cümlədən Azərbaycan peykləri vasitəsilə, obyektiv müşahidə vasitəsilə obyektiv nəzarət məlumatlarını götürmüşük”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.

Dövlət başçısı bildirib ki, hər kəs bizim üçün Dağlıq Qarabağ məsələsinin həmişə bir nömrəli məsələ hesab edildiyini və bu gün də bunun belə olduğunu başa düşür: "Lakin Azərbaycan dövləti operativ kəşfiyyat tədbirləri görməyə, orada nələr baş verdiyini bilməyə bilərdimi? Biz hazırda orada nələr baş verdiyini bilirdik və indi də bilirik. Müharibə vaxtı da bilirdik, müharibədən əvvəl də bilirdik. Əlbəttə, bu, bizə o vaxt da kömək edirdi, indi də kömək edir. Buna görə də indi rusiyalı sülhməramlılar tərəfindən əcnəbilərin gizlicə Dağlıq Qarabağa buraxılması ilə bağlı anlaşılmaz hərəkətlər bizi heyrətləndirir. Biz Rusiya tərəfi ilə razılığa gəlmişik ki, əcnəbilər oraya yalnız bizim icazəmizlə daxil ola bilərlər. Lakin razılaşma pozulur. Hələlik bu barədə daha danışmayacağam. Ola bilsin, bu mövzunu bir daha şərh etmək lazım gələcək, lakin bu faktdır. Yəni demək istəyirəm ki, biz praktiki olaraq kimin oraya gəlməsini və kimin oradan getməsini adbaad bilirik. Buna görə də belə imkanlara malik olduğumuz bugünkü şəraitdə biz, əlbəttə, hər şeyi izləyirik və izləyəcəyik”.

RƏYLƏR