Prezident Saleh Məmmədovda səhv tutdu: “Şişirtmə bu rəqəmləri” (VİDEO)

OXUNUB: 53 MARAQLI index-manşet
Prezident İlham Əliyev ötən gün  Qəbələnin Böyük Əmili- Bılıx -Əmirvan avtomobil yolunun açılışında iştirak edib. 
 
İcmal.Az xəbər verir ki, açılış mərasimində ölkə başçısına görülmüş işlər  barədə Azərbaycan Dövlət Avtomobil Yollarının Agentliyinin sədri Saleh Məmmədov məlumat verib. 

Bildirib ki, sözügedən yol bütövlükdə 15 km-dir: "Bu yol 11 yaşayış məntəqəsini birləşdirir. 10 min  əhali yaşayır.

Prezident İlham Əliyev: Əmirvan kəndindən o tərəfə yaşayış yeri yoxdurmu? 

Saleh Məmmədov: Burada yol da yoxdur, cənab prezident. 7 km yarım bir yol çəkilsə,  Vəndam kəndinə gedib çıxmaq olar. 

Prezident İlham Əliyev: Bu layihə üzərində işləyin, onu edərik.

Saleh Məmmədov: Digər investisiya proqramında nəzərdə tutulmuş Nic-Abrıx yoludur. Bu yol da 18 km-dir. Burada 40-a yaxın yaşayış məntəqəsi var. 

Prezident İlham Əliyev:  Qəbələ rayonunda cəmi 60 kənd var. Sən deyirsən 40-a yaxın? 

Saleh Məmmədov: Bağışlayın, üzr istəyirəm, cənab prezident.

Prezident İlham Əliyev: Mən bilirəm axı, Qəbələdə 60 kənd var. Şişirtmə bu rəqəmləri.


İcmal.Az

RƏYLƏR