Prezident seçkilərinin nəticələri açıqlandı – YENİLƏNİB

OXUNUB: 105 index-manşet SİYASƏT

Aprelin 11-də keçirilən prezident seçkilərində 125 seçki dairəsi üzrə 5 min 641 seçki məntəqəsinin hamısı hesabat verib.

İcmal.Az-ın məlumatına görə, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bunu bu gün keçirilən mətbuat konfransında bildirib.

MSK sədri deyib ki, 3 milyon 962  min 123 bülletendən 3 milyon 962 min 96 bülleten sayılıb. Beləliklə, emal olunmuş bülletenlərə əsasən İlham Əliyev 86,3 faiz, Zahid Oruc 3,11 faiz, Qüdrət Həsənquliyev 3,02  faiz, Sərdar Cəlaloğlu 3,03 faiz, Hafiz Hacıyev 1,52 faiz, Araz Əlizadə 1,38  faiz, Fərəc Quliyev 1,17  faiz və Razi Nurullayev 0, 74 faiz səs toplayıb.

01:23

Bu gün keçirilən prezident seçkilərində 125 seçki dairəsi üzrə 5 min 641 seçki məntəqəsindən 5 min 201  seçki məntəqəsi, yəni seçki məntəqələrinin 92,2 faizi hesabat verib.

İcmal.Az xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bunu bu gün keçirilən mətbuat konfransında bildirib.

MSK sədri deyib ki, 3 milyon 959  min 553 bülletendən 3 milyon 723 min 278 bülleten sayılıb.

Beləliklə, emal olunmuş bülletenlərə əsasən İlham Əliyev 86 faiz, Qüdrət Həsənquliyev 3,04  faiz, Sərdar Cəlaloğlu 3,02 faiz, Zahid Oruc 3,11 faiz, Hafiz Hacıyev 1,51 faiz, Araz Əlizadə 1,39  faiz, Fərəc Quliyev 1,18  faiz və Razi Nurullayev 0, 75 faiz səs toplayıb.

Qeyd edək ki, prezident seçkilərində seçici siyahılarında olan 5 milyon 314 min 365 seçicidən 3 milyon 959  min 553 nəfəri səs verib, seçici fəallığı 74,51 faiz olub.

23:05

Mərkəzi Seçki Komissiyasının sədri (MSK) Məzahir Pənahov prezident seçkilərinin ilkin nəticələrini açıqlayıb.

Oxu.Az xəbər verir ki, MSK sədrinin sözlərinə görə, seçkinin ilkin nəticələri aşağıdakı kimidir:

İlham Əliyev – 86,09 faiz

Qüdrət Həsənquliyev – 3,4  faiz

Sərdar Cəlaloğlu – 2,97  faiz

Zahid Oruc – 3, 07 faiz

Hafiz Hacıyev – 1,51  faiz

Araz Əlizadə – 1,4  faiz

Fərəc Quliyev – 1,18  faiz

Razi Nurullayev – 0, 74 faiz

İcmal.Az

RƏYLƏR