Prezident: ŞT sammitinin Bəyannaməsində üzv ölkələrin ərazi bütövlüyü dəstəkləndi

OXUNUB: 780 index-manşet SİYASƏT

"Tərtər rayonunda 1170 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksində hər cür şərait yaradılıb. Məcburi köçkünlərin problemlərinin həlli dövlətin əsas vəzifələrindən biridir”.

İcmal.Az-ın məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Tərtər rayon ictimaiyyətinin nümayəndələri və məcburi köçkünlərlə görüşdə deyib.

Dövlət başçısı Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində aparılan işlərin əhəmiyyətini vurğulayıb: "Ötən ilin aprelində Azərbaycan ordusunun qazandığı qələbə ərazi bütövlüyümüzü bərpa edəcəyimizə təminat verib. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Bunu təsdiq edən mühüm faktlardan biri ermənilərin Qarabağa köçürülmələrinin 150 illiyi ilə bağlı 1978-ci ildə abidə ucaltmalarıdır. Bununla bağlı tarixi həqiqətlər bütün dünyaya çatdırılıb. Avropa İttifaqının Şərq Tərəfdaşlığı Sammitinin yekun Bəyannaməsində üzv ölkələrin suverenliyi, ərazi bütövlüyü bir daha təsdiqləndi və dəstəkləndi”.

İcmal.Az

RƏYLƏR