Prezident: Sumqayıtdan Rusiya sərhədinə qədər yeni yol çəkiləcək

OXUNUB: 711 index-manşet SİYASƏT

Bu il 2300 kilometr avtomobil yolları - həm magistral, şəhərlərarası, eyni zamanda, kənd yolları çəkiləcək. 

İcmal.Az-ın məlumatına görə, bunu prezident İlham Əliyev yanvarın 29-da Heydər Əliyev Mərkəzində "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda yekun nitqində deyib.

Dövlət başçısı qeyd edib ki, keçən il şərti olaraq "40 yol” adlandırılan layihə çərçivəsində 500-dən çox kəndin yolu tikilib, abadlaşdırılıb. 

"Bu il isə minimum 600 kəndin yolu tikilməlidir. Bu məqsədlə kifayət qədər vəsait nəzərdə tutulub. Eyni zamanda, bu il biz yeni magistral yolun tikintisi ilə ciddi məşğul olacağıq. Sumqayıt şəhərindən Rusiya sərhədinə qədər yeni yolun çəkilişi də nəzərdə tutulub”.

İcmal.Az

RƏYLƏR