Prezident yeni səfirin etimadnaməsini qəbul etdi - Foto

OXUNUB: 807 SİYASƏT

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 13-də Türkmənistanın ölkəmizdə yeni təyin olunmuş səfiri Mekan İşanquliyevin etimadnaməsini qəbul edib.

 Səfir Mekan İşanquliyev fəxri qarovul dəstəsinin qarşısından keçib.

Mekan İşanquliyev etimadnaməsini İlham Əliyevə təqdim edib. Sonra prezident səfirlə söhbət edib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan tərəfi əlaqələrimizin siyasi, iqtisadi, nəqliyyat, humanitar və digər sahələrdə möhkəmləndirilməsində maraqlıdır. Hazırda ikitərəfli münasibətlərimiz uğurla inkişaf edir və nümunəvi xarakter daşıyır.

Mekan İşanquliyev İlham Əliyevə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun salamlarını çatdırıb. Sentyabrın 17-də Türkmənistanda Asiya Oyunlarının açılacağını deyən səfir Türkmənistan Prezidentinin və xalqının İlham Əliyevin həmin tədbirdə iştirakını səbirsizliklə gözlədiklərini deyib.

İlham Əliyev səfirə gələcək fəaliyyətində uğurlar arzulayıb./qafqazinfo

 

İcmal.Az

 



RƏYLƏR