Prezident: Özbəkistan Qarabağ münaqişəsinin həllində Azərbaycanı dəstəkləyir

OXUNUB: 634 SİYASƏT

"Özbəkistan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir”.

Bunu Özbəkistan prezidenti Şavkat Mirziyoyev Daşkənddə Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti ilə görüşdə deyib.

Dövlət başçısı vurğulayıb ki, rəsmi Daşkəndin Dağlıq Qarabağ münaqişəsindəki mövqeyi dəyişilməzdir. "Özbəkistan Ermənistan-Azərbaycan münaqişənin həllini BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinin birmənalı olaraq icrasında görür"./oxu

İcmal.Az

RƏYLƏR