Prezidentə sensasion dosye: Qətldə şübhəli bilinən qadının məhkəmə sədri ilə rüşvət videosu - Təfərrüat

OXUNUB: 1973 Seçilmiş Önəmli HƏFTƏLİK İCMAL Özəl TƏHLİL
Göyçay rayon sakinləri tərəfindən Ulus.Az-a yazılı və video müraciət daxil olub

Sakinlər şikayət məktubunda Şəki Ağır Cinayətlər Məhkəməsinin sədri Elxan Süleymanov küllü miqdarda rüşvət almaqda ittiham edirlər. 

Onların sözlərinə görə, hakim qəsdən adam öldürmüş priton sahibəsinə bəraət vermək istəyir ki, bu çox təhlükəli bir haldır: 

"Çünki hamı bilir - Göyçayın Potu kənd sakini Bəxtiyar Əhmədovu əxlaqsızlıqla məşğul olan priton sahibəsi Esmira Əhmədova öldürüb. Esmira Məhəmməd qızı Əhmədova uzun illərdi ki, əxlaqsızlıqla məşğul olur. 

29 may 2016-cı il tarixdə Göyçay rayonunun Potu kəndi ərazisindəki kafesində yeyib-içib sərxoş olmuş Bəxtiyar Əhmədovu döydüyündən o, 56 gün sonra ölüb. Esmira Əhmədova ilk günlərdə törətdiyi cinayəti etiraf etsə də, Bəxtiyar Əhmədov öldükdən sonra əl-ayağa düşüb.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə başlanılmış cinayət işi ibtidai istintaq edilib baxılması üçün aidiyyatı üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 3 aydır ki, həmin məhkəmədə bu cinayət işinə baxılır. 

Cinayəti törətməkdə təqsirləndirilən priton sahibəsi Esmira Əhmədova barəsində başqa yerə getməmək haqqında qəti imkan tədbiri seçilib deyə o azadlıqdadır”.

Sakinlər E.Əhmədovanı cinayət məsuliyyətindən yayınmaq üçün müxtəlif üsullara əl atmaqda ittiham edir. 

Şikayətçilər yazırlar ki, E.Əhmədova yazıq obrazına girərək 11 mart 2017-ci il tarixdə Mehriban Əliyevaya video müraciət edərək cinayət törətmədiyini, ona kömək etməsini xahiş edib: 

"Bu şikayətimizdə təqdim olunan videoya baxanda Esmira Əhmədovanın kim olduğunu bilmək olur. Diqqət edin, görün, bu əxlaqsız törətdiyi cinayəti necə etiraf edir və öz tərbiyəsini açıq-aşkar nümayiş etdirir. 

İndi bu cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılır. Esmira Əhmədova öz aşnası vasitəsi ilə həmin məhkəmənin sədri Elxan Süleymanova "xod” tapıb bəraət alması üçün artıq küllü miqdarda rüşvətdə verib. 

Qeyd edək ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin sədri Elxan Süleymanov 2007-2012-ci illərdə Göyçay rayon məhkəməsinin sədri vəzifəsində işləyib. Esmira Əhmədovanın aşnası həmin vaxt məhkəmə sədri Elxan Süleymanovla qonşu olub. 

Elxan Süleymanov cinayəti başqa günahsız şəxsin üzərinə qoymaq istəyir. Hansı ki, bu cinayət şahidlərin gözü qarşısında törədilib, həmin şahidlər ibtidai və məhkəmə istintaqlarında ifadələr verib, Esmira Əhmədovanın cinayətini təsdiq ediblər. 

Biz bu videonu Prezident cənab İlham Əliyevə, birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Ədliyyə Naziri, Məhkəmə Hüquq Şurasının sədri cənab Fikrət Məmmədova və Respublikanın Baş Prokuroru cənab Zakir Qaralova göndərmişik. 

Mətbuat vasitəsi ilə də onlara müraciət edib xahiş edirik küllü miqdarda rüşvət alıb bu cinayətin üstünü ört-basdır etdib cinayətkara bəraət vermək istəyən Şəki Ağır Cinayətlər Məhkəməsinin sədri Elxan Süleymanovun barəsində ciddi tədbirlər görəsiniz. Videoda Esmira Əhmədova tərəfindən səslənən nalayıq söyüşlərə görə izləyicilərdən üzr istəyirik”.

1.Məmmədova Leyla Naib qızı (055) 428-97-19
2.Kərimova Həqiqət Rza qızı 
3.Səmədova Vəsilə Akif qızı
4.Şamilov Osman Eldar oğlu
5.Xasıyeva Gülbahar Umud qızı 
6. Hüseynov Ceyhun Yaşar oğlu
7.Dadaşov Rəşad Şahin oğlu
8.Məmmədov Aslan Qiyas oğlu
9.Paşayev Nəriman Böyükağa oğlu
 10 Orucova Hüsniyyə Tərlan qızı     /ulus.az
 

 

 

 
İcmal.Az

RƏYLƏR