"Prezidentin fərmanının “üçüncü bina” ilə heç bir əlaqəsi yoxdur" - MEDİA-nın rəhbəri

OXUNUB: 187 index-manşet SOSİAL
"Cənab Prezident tərəfindən imzalanmış müvafiq fərman müəyyən edilmiş tələblərə cavab verən bütün jurnalistləri əhatə edir və bu fərmanın şərti olaraq "üçüncü bina” adlandırılan bina ilə ümumiyyətlə heç bir əlaqəsi yoxdur".

Bu barədə Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov "Report"a bildirib.

"Qeyd olunan layihələr bir-biri ilə bağlı olmayan tamamilə fərqli layihələrdir, bina ilə bağlı bizdə hər hansı bir məlumat mövcud deyil. Bir daha xüsusilə vurğulamaq istərdik ki, ötən gün imzalanan fərmanın sözügedən bina ilə əlaqələndirilməsi üçün hər hansı hüquqi və məntiqi əsas mövcud deyildir", - o vurğulayıb.

RƏYLƏR