Prezidentin işçilərinə diplomatik pasport verilir

OXUNUB: 962 SİYASƏT
Azərbaycanda prezidentin fəaliyyətini bilavasitə təmin edən orqanların əməkdaşları diplomatik pasportla təmin olunacaqlar.


İcmal.Az-ın APA-ya istinadən məlumatına görə, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında "Pasportlar haqqında” qanunun 6-cı (Diplomatik pasport) maddəsinə təklif olunan əlavələr müzakirə edilib. Əlavələrə əsasən, Xarici İşlər Nazirliyi Azərbaycan Respublikası Prezidentinin fəaliyyətini bilavasitə təmin edən orqanların əməkdaşlarına da diplomatik pasport verəcək.

 
Layihə səsə qoyularaq qəbul olunub.
 
İcmal.Az

RƏYLƏR