Prezidentin işdən çıxardığı 68 yaşlı icra başçısı barədə MARAQLI DOSYE + FOTOLAR

OXUNUB: 686 Özəl HADİSƏ
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Nazim İsmayılovun Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Yeniavaz.com
 xəbər verir ki, İsmayılov Nazim Mehdi oğlu 24 iyul 1952-ci ildə Göyçay rayonu Kürdşaban kəndində anadan olub. 1974-cü ildə Azərbaycan Neft və Kimya İnstitutunu, 1991-ci ildə isə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirmişdir. İxtisasca istilik energetik mühəndisi və politoloqdur.
Əmək fəaliyyətinə 1974-cü ildə "Sumqayıtkimyasənaye" İstehsalat Birliyi Oktyabr inqilabının 50 illiyi adına üzvü məhsullar zavodunda mühəndis kimi başlayıb.
1977-1980-cı illərdə Göyçay Birləşmiş Qazanxana və İstilik Şəbəkələri idarəsində usta və direktor,
1980-1981-ci illərdə Göyçay rayonu Partiya Komitəsində təlimatçı, şöbə müdiri,
1981-1989-cu illərdə Göyçay rayonu Xalq Nəzarəti Komitəsinin sədri,
1989-1990-cı illərdə Göyçay rayonu Partiya Komitəsinin katibi, 1990-1991-ci illərdə Göyçay rayonu Xalq Deputatları Sovetinin sədr müavini,
1991-1992-ci illərdə Göyçay rayonu İcra Hakimiyyəti başçısının birinci müavini,
1992-1994-cü illərdə Göyçay rayonu Xalq Deputatları Sovetinin sədr müavini,
1994-2001-ci illərdə Göyçay rayonu İcra Hakimiyyəti başçısının birinci müavini,
2001-2006-cı illərdə Göyçay rayonu İcra Hakimiyyətinin başçısı,
2006-2011-ci illərdə Şamaxı rayonu İcra Hakimiyyətinin başçısı,
2011-2019-ci illərdə Sabirabad rayonu İcra Hakimiyyətinin başçısı,
2019-cu ildən Saatlı rayonu İcra Hakimiyyətinin başçısı.
Yeni Azərbaycan Partiyası Siyasi Şuranın üzvüdür.
Məlumat üçün bildirək ki, 68 yaşı İcra başçısı və oğlu Anar İsmayılov haqqında bugünə kimi mətbuatda çoxsaylı tənqidi yazılar yayımlanıb.  19 ildir müxtəlif rayonlarda (Göyçay (2001-2006), Şamaxı (2006- 2011), Sabirabad (2011-2019) və Saatlıda)  İcra başçısı işləyən İsmayılov tez-tez  oğlunun dəbdəbəli həyatı ilə bağlı gündəmə gəlib. 
Sabiq İcra başçısının oğlu sosial şəbəkə hesabından gəzdiyi ölkələrin, satın aldığı bahalı maşınların fotolarını paylaşmaqla gündəmdən düşməyib. Anar İsmayılovun Göyçay rayonu ərazisində çoxsaylı biznesinin olduğu barədə məlumatlar zaman-zaman mətbuat səhifələrinə çıxıb. Anar İsmayılovun 2012-ci ildə ABŞ-da 2 milyon dollara mülk aldığı barədə də xəbərlər yayılıb.




RƏYLƏR