Prezidentlə ailəsi Heydər Əliyev Fondonun 13 illiyi mərasimində – FOTO

OXUNUB: 508 index-manşet SİYASƏT

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə və Heydər Əliyev Fondunun fəaliyyətinin 13 illiyinə həsr olunan təntənəli mərasim keçirilib.

İcmal.Az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri mərasimdə iştirak ediblər.

Dövlətimizin başçısı mərasimdə nitq söyləyib.

Sonra Heydər Əliyev Fondu tərəfindən təsis edilmiş "Qızıl çinar” beynəlxalq mükafatının 2017-ci il üzrə qalibi elan olunub.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Fondun yeni nəslin kamil insan kimi formalaşmasında əhəmiyyət kəsb edən layihələrinə verdiyi dəstəyə, kütləvi informasiya vasitələrində bəşəri dəyərlərin təbliğində fəal iştirakına görə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar Elm Xadimi, "Şöhrət” ordenli şərqşünas alim Vasim Məmmədəliyevə "Qızıl çinar” beynəlxalq mükafatını təqdim edib.

 

İcmal.Az

RƏYLƏR