Prezidentlərin təkbətək görüşü olub - YENİLƏNİB + FOTO

OXUNUB: 708 index-manşet SİYASƏT

Azərbaycan prezidenti İlham Əliyevin Serbiya prezidenti Aleksandr Vuçiçlə təkbətək görüşü olub.

İcmal.Az-ın məlumatına görə, görüşdə Azərbaycanla Serbiya arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb.

Ölkələrimiz arasındakı əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu bildirilib.

---

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiçin mayın 21-də rəsmi qarşılanma mərasimi olub.

İcmal.Az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Serbiya Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyev Serbiya Prezidenti Aleksandr Vuçiçi qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Serbiya Prezidentinə raport verib.

Prezident İlham Əliyev və Prezident Aleksandr Vuçiç fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Serbiya Prezidenti Azərbaycan əsgərlərini salamlayıb.

Serbiya Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səslənib.

Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri Prezident Aleksandr Vuçiçə, Serbiya nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.

Azərbaycan və Serbiya prezidentləri rəsmi foto çəkdiriblər.

---

Serbiya Respublikasının prezidenti Aleksandr Vuçiç mayın 21-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

İcmal.Az-ın məlumatına görə, iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Aleksandr Vuçiçi hava limanında baş nazirin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Nadir Hüseynov və digər rəsmi şəxslər qarşılayıblar.

İcmal.Az

RƏYLƏR