Printerdə çap edilən qaraciyər uğurla köçürülüb

OXUNUB: 386 MARAQLI

Yaponiyanın Kyusyu Universitetinin alimlər qrupu üçölçülü (3D) printerdə çap edilən qaraciyərin uğurlu köçürülməsini həyata keçiriblər.

Təcrübə ilk dəfə laboratoriya siçovulu üzərində aparılıb. Tədqiqatçıların sözlərinə görə, transplantasiyadan bir həftə sonra yeni toxuma tam bitişib. Bu, əslində, transplantologiya sahəsində irəliyə doğru atılmış böyük addımdır: əməliyyatın uğurlu alınması sübut edir ki, bütöv orqanı köçürmək əvəzinə, donor orqanı olmadan onun hissələrini dəyişdirmək mümkündür.

Alimlər qeyd edir ki, iynələr vasitəsilə "3D" toxumasının müəyyənləşdirilməsi üçün sistem həndəsi baxımdan mürəkkəb toxuma yaratmağa imkan verib. "Bizim metod üçölçülü bioçapdan istifadə etməklə yüzlərlə qaraciyər toxumasının xüsusi birləşmə üsulundan ibarətdir. Bununla yanaşı, yeni metod bir sıra üstünlüklərə malikdir: birincisi, o, damarları zədələmir, ikincisi, transplant və orqan hüceyrələri arasında birbaşa əlaqə sayəsində yeni toxuma daha sürətlə əmələ gəlir", - alimlər bildirib.   

Yeni texnologiyanın mahiyyəti ondan ibarətdir ki, sonradan köçürüləcək hüceyrələr sınaq şüşəsində deyil, insan orqanizmi daxilində yetişdirilir ki, bu da allergik reaksiyalar və immun sisteminin transplantdan ayrılması ilə əlaqədar mənfi nəticələri aradan qaldırmağa imkan verir. Yaponiya alimləri qeyd edir ki, yeni metod təkcə qaraciyər toxumalarının deyil, eyni zamanda digər orqanların köçürülməsi üçün istifadə oluna bilər./mili

 

İcmal.Az


RƏYLƏR