Professor Dr. Olgun Çiçek Odlar Yurdu Universitetinin fəxri qonağı qismində

OXUNUB: 252 SOSİAL
2022-ci il mayın 6-da Odlar Yurdu Universitetinin Elmi şurasının növbəti toplantısı baş tutmuşdur. Odlar Yurdu Universitetinin Elmi şura üzvləri, əməkdaşlar və Türkiyədən fəxri qonaq qismində dəvət olunmuş Professor Dr. Olgun Çiçek Elmi şuranın toplantısında iştirak etmişdilər. 
Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyev fəxri qonağı salamlamış və Elmi şura üzvlərinə təqdim edib bildirmişdir ki, Professor Dr. Olgun Çiçek Almaniyada CEENQA (Ali Təhsildə Keyfiyyət Təminatı Agentliklərinin Mərkəzi və Şərqi Avropa Şəbəkəsinin) vitse-prezidenti, İndoneziyada AQAAIW/IQA (İslam Dünyası Keyfiyyət Təminatı Agentlikləri Assosiasiyasının) idarə heyətinin üzvü, Şimali Kiprdə YÖDAK (Ali Təhsilin Akkreditasiya və Qiymətləndirmə Şurasında) idarə heyətinin üzvüdür. Tədqiqat, akkreditasiya və keyfiyyətin təminatı, eləcə də Avropa, Aralıq dənizi, Yaxın Şərq, Uzaq Şərq, ABŞ və digər ölkələrdə şəbəkələşmə sahəsində 29 illik təcrübəsi var. Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyevin təqdimatından daha sonra Elmi şuranın qərarına əsasən Professor Dr. Olgun Çiçek Odlar Yurdu Universitetinin Fəxri doktoru seçilmişdir. Fəxri doktor diplomu Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyev tərəfindən təntəli şəkildə Professor Dr. Olgun Çiçeyə təqdim olunmuşdur.
No description available.
No description available.

RƏYLƏR