Prokurorluq orqanlarında qulluğa qəbulla bağlı elan olunmuş müsabiqəyə yekun vurulmuşdur

OXUNUB: 354 GÜNDƏM SOSİAL
Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamə»yə müvafiq olaraq prokurorluq orqanlarına işə qəbul olunmaq istəyən şəxslər üçün elan edilmiş müsabiqəyə yekun vurulmuşdur.
Müsabiqənin sonuncu mərhələsinə buraxılmış 100 namizədin (1 nəfərin müraciətinə əsasən yazılı imtahan işi yenidən yoxlanılıb qiymətləndirilərkən müvəffəqiyyət həddini keçərək müsahibə mərhələsinə buraxılmışdır) dünyagörüşünü, məntiqi düşünmə qabiliyyətini, prokurorluqda işləmək üçün zəruri olan digər şəxsi keyfiyyətlərini müəyyən etmək üçün koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi xüsusi karantin rejiminə dair qaydaların tələblərinə riayət edilməklə 2021-ci il dekabrın 3-dən 13-dək Baş Prokurorluğun Müsabiqə Komissiyası tərəfindən müsahibə keçirilmişdir.
Müsabiqənin nəticələrinə görə yüksək nəzəri bilikləri, hüquqi aktları düzgün tətbiq etmək bacarığı və mövcud vakant ştat vahidlərinin sayı nəzərə alınmaqla, prokurorluğun kadr korpusunun komplektləşdirilməsinin təmin edilməsi məqsədilə müsabiqə üzrə elan edilmiş vakant yerlərin sayı Baş Prokurorluğun Kollegiyasının 15 dekabr 2021-ci il tarixli qərarına əsasən artırılaraq 83 ştat vahidi müəyyən edilmişdir.
Azərbaycan Respublikası Baş Prokurorluğunun «İşin Təşkili Qaydaları»na əsasən müsabiqə üzrə müvəffəqiyyət qazanmış 83 namizəd 16 dekabr 2021-ci il tarixdən Baş Prokurorluğun Elm-Tədris Mərkəzində (Bakı şəhəri, Binəqədi rayonu Dərnəgül yaşayış sahəsi 21-ci Dağlıq küçəsi 3105-ci məhəllə) icbari təlimə cəlb ediləcəklər. İcbari təlimi müvəffəqiyyətlə başa vurduqdan sonra peşə fəaliyyətinə buraxılma haqqında şəhadətnamə almış gənc mütəxəssislər prokurorluq orqanlarında müvafiq vakant ştat vahidlərinə təyin ediləcəklər.
Müvəffəqiyyət əldə etmiş namizədlərdən 10 nəfəri Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda aparılmış Vətən Müharibəsinin iştirakçısı olmaqla, onlardan 7 nəfəri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən müxtəlif medallarla təltif edilmişdir.
 Prokurorluğa işə qəbulla əlaqədar elan edilmiş müsabiqədən müvəffəqiyyətlə keçmiş şəxslərin siyahısı Baş Prokurorluğun internet səhifəsində (www.genprosecutor.gov.az) və «Qəbul otağı»nda yerləşdirilmişdir.
Əlavə məlumat almaq üçün 437-28-56, 492-74-32, 492-06-82 və 492-62-23 nömrəli telefonlar vasitəsilə müraciət etmək olar.
    


Prokurorluq orqanlarına işə qəbulla bağlı elan edilmiş müsabiqənin
nəticələri üzrə müvəffəqiyyət qazanmış namizədlərin

S İ Y A H I S I

1.Abbasov Fəxrəddin Zirəddin oğlu
2.Abdinli Qorqud Sabir oğlu
3.Ağalı Vural Əmrah oğlu
4.Ağayev Elnur Oktay oğlu
5.Ağayeva Nərmin Raiq qızı
6.Ağazadə Tural Məhəmməd oğlu
7.Axundov İzzət Elçin oğlu
8.Alıyev Elşən İlham oğlu
9.Aydınlı Azad Rəhman oğlu
10.Babayev Fuad Firuz oğlu
11.Babayev Kamal Yunis oğlu
12.Baxışlı Nurlan Kamil oğlu
13.Cabbarov Əhməd Vidadi oğlu
14.Cəfərov Araz Əhməd oğlu
15.Cəlilov Rüfət Adiloviç
16.Dadaşzadə Xalıq Yusif oğlu
17.Əhədzadə Toğrul Elvar oğlu
18.Əhmədov İmran Heydər oğlu
19.Ələkbərzadə Əkbər Taryel oğlu
20.Ələsgərov Rauf Fikrət oğlu
21.Əliyev Ziyad Vilayət oğlu
22.Əsədov Əsgər Rövşən oğlu
23.Əsədov Hikmət Cahangir oğlu
24.Əsgərov Zaur Cahangir oğlu
25.Əzimov Dağlar Natiq oğlu
26.Hadi Mirqədir Mirbaba oğlu
27.Heydərli Ramiq Tofiq oğlu
28.Həbibov Kamal Aman oğlu
29.Həmidov Tərlan Müqtədir oğlu
30.Həsənov Araz Hafiz oğlu
31.Həsənov İlqar Vaqif oğlu
32.Hüseynli Sabir Azər oğlu
33.İbrahimov Əli Fazil oğlu
34.İbrahimov Əli Tələt oğlu
35.İbrahimov Natiq Elməddin oğlu
36.İlyasov Elgün Nadir oğlu
37.İsaqlı Zamiq Zakir oğlu
38.İsgəndərli Gültac Ramin qızı
39.Kazımov İnal Çingiz oğlu
40.Kərimov Samir Əlikram oğlu
41.Qarayev Toğrul Faiq oğlu
42.Qasımova Sevinc Cahangir qızı
43.Qasımzadə Fuad Yamən oğlu
44.Quliyev Elvin Elçin oğlu
45.Quliyev Pünhan İlham oğlu
46.Quliyeva Şölə İlham qızı
47.Mansırov Rəşid Şamil oğlu
48.Mehdiyeva Nigar Məhyəddin qızı
49.Məhərrəmli Rövşən Elşad oğlu
50.Məlikov Zeynalabdin Müşfiq oğlu
51.Məmmədalıyev Teymur Yaqub oğlu
52.Məmmədli İsmayıl Məhəmməd oğlu
53.Məmmədli Toğrul Əlikram oğlu
54.Məmmədov Aydın Araz oğlu
55.Məmmədov Nəsib Cahangir oğlu
56.Məmmədov Ramazan Raik oğlu
57.Məmmədov Sənan Hicran oğlu
58.Məmmədzadə Elmin Mahir oğlu
59.Mirhüseynov Taleh Fikrət oğlu
60.Möhsümov Elbrus İlham oğlu
61.Mustafa Tural Namiq oğlu
62.Mustafayev Mehran Azər oğlu
63.Namazov Anar Orucəli oğlu
64.Nəbiyev Əli Vaqif oğlu
65.Nəhmətov Rəsul Cavanşir oğlu
66.Novruzov Heydər Elxan oğlu
67.Paşayev Rəfail Ərəstun oğlu
68.Poladov Ələkbər Elburus oğlu
69.Rafailzadə Elvin Əvəzağa oğlu
70.Ramazanlı Aytən Valeh qızı
71.Rəfiyev Teyyub Əmiraslan oğlu
72.Rövşənov Əli İlqar oğlu
73.Rzayev Ayaz Əziz oğlu
74.Rzazadə Bayram Novruz oğlu
75.Salmanov Vüsal Vüqar oğlu
76.Səfərli Rüstəm Niyazi oğlu
77.Səmidli Daşqın Fariz oğlu
78.Süleymanzadə Orxan Mahir oğlu
79.Şirinli Orxan Bəylər oğlu
80.Şiriyev Kamran Nizami oğlu
81.Şükürzadə Nasir Əzizulla oğlu
82.Yunuslu Elvin Kamil oğlu
83.Zamanov Tural Şahin oğlu

RƏYLƏR