Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi tərəfindən başlanan “Diplomatiya Akademiyası” layihəsinin iştirakçıları ilə sonuncu görüş keçirilib

OXUNUB: 963 QHT
Bu dəfə görüşün qonağı həmin Mərkəzin və "Loqos” un rəhbəri Təranə Məmmədova olubdur. 
Görüşü açıq elan PXTİB-nin müavini Amal Əsgərov hərkəsi salamlayaraq, sözü Təranə Məmmədovaya verib.
Təranə Məmmədova gəncləri salamlayıb və öz uğur hekayəsi haqqında ətraflı məlumat verib. Xanım natiq qeyd edib ki, bir uğuru əldə etmək üçün böyük zəhmət və əziyyət çəkməlisən. Bu gün dövlət gənclər siyasətinə toxunan xanım bildirib ki, ölkə başçısı tərəfindən Siz gənclərə hər cür şərait yaradılıb. Sizin əsas missiyanız bu şəraitdən müsbət yararlanmalı və dövlətimiz üçün layiqli vətəndaş olmalısınız. 
Natiq bildirib ki, bu gün  dövlətin hər cür resurslardan səmərəli istifadə yolları ilə  formalaşdırmağa çalışdığı başlıca dəyərlər bunlardır: ədalətli olmaq,  ailə birliyinə önəm vermək, vətənsevərliyi aşılamaq, qanunlara hörmət, dinə hörmət, eyni zamanda tolerantlıq, çalışqanlıq, qonaqsevərlik, yardımsevərlik.
Milli dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması bu gün daha çox aktualdır. Çünki, milli dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu vardır.
Sonda Təranə Məmmədova gəncləri "Diplomatiya Akademiyası” layihəsində uğurla iştiraklarına görə təbrik edib və rəhbərlik etdiyi PXTM-nin kollektivinə təşəkkürünü bildirib. 
    Sonra gənclərin sualları cavablandırılıb  və görüş xoş anlara yekunlaşıb. 
   Məlumat üçün bildirək ki, ümumillikdə layihədə 100 yaxın gənc iştirak edib və  layihənin bağlanış mərasimi oktyabr ayında  baş tutacaqdır.
 
 
 
 
İcmal.Az

RƏYLƏR