"Pulumu vermədilər deyə oğurluq etdim" - İş yerlərindən oğurluq edənlər dəstə saxlanılıb - VİDEO

OXUNUB: 990 HADİSƏ

Gəncə sakinləri çalışdıqları şirkətə qənim kəsiliblər.

İcmal.Az
ARB Kəpəz-ə istinadən xəbər verir ki, Goranboy Rayon Polis Şöbəsinə daxil olan şikayət əsasında yerli şirkətlərdən birindən elektrik kabellərini oğurlamaqda şübhəli bilinən dəstə müəyyənləşdirilib.

Həmin şəxslər may ayının 1-dən 2-nə keçən gecə rayonun Xoylu kəndi ərazisindən xeyli miqdarda naqil oğurlayaraq satıblar. Təxminən 5 gün sonra eyni əməli təkrar törətmək istəyən dəstənin planı baş tutmayıb. Şirkətin keçmiş əməkdaşları ifşa ediliblər.

Həmin şəxslərin axtarışına çıxan polis əməkdaşları elə ilk cəhddə dəstənin qohumluq əlaqəsi olan iki üzvü - 25 yaşlı Röyal Mirzəyev və 29 yaşlı Simran Həsənovu saxlayıblar. Qrupun digər üzvləri - 32 yaşlı Samir Məmmədov, 18 yaşlı Zorxan Rzayev, 27 yaşlı Şükür Haqverdiyevin barəsində isə axtarış elan olunub. Saxlanılan Röyal Məmmədov cinayət əməllərini etiraf edib.

Röyal Məmmədov - Saxlanılan şəxs: "Gəldik Xoyludan kabeli götürdük, aparıb satdıq. Adama 350 manat pul düşdü. Əməlimdən çox peşmanam".

Saxlanılan Simran Həsənov da əməlinə görə peşmançılıq keçirdiyini deyib, ancaq Həsənov cinayət ortağından fərqli olaraq oğurluq etməsinə səbəb kimi şirkətdə aylıq məvacibini ala bilməməsini göstərib.

Simran Həsənov - Saxlanılan şəxs: "Mən Xoyluda işləyirdim. Pulumu vermədilər deyə oğurluq etdim. Əməlimdən çox peşmanam".

Hazırda saxlanılan hər iki şəxsin barəsində yerli məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

İcmal.Az

 

Videonu izləmək üçün şəklə klikləyin:

RƏYLƏR