Pulunu istəməyə getmişdi, canından oldu - VİDEO

OXUNUB: 346 DÜNYA

Türkiyənin Bursa şəhərində pul məsələsinə görə baş verən silahlı insidentin dəhşətli görüntüləri yayılıb.

"Hürriyet”in məlumatına görə, sözügedən hadisə zamanı 53 yaşlı Aydın Aktaş ölüb, başqa iki nəfər isə yaralanıb.

Bildirilir ki, Aydın Aktaş borcunu istəmək üçün Murat Beranın iş yerinə gedib. Burada mübahisə düşüb. İşçilər araya girərək onları birtəhər ayırıb.

Ertəsi gün A.Aktaş oğlu Kaan və onun altı dostu ilə birlikdə yenə M.Beranın iş yerinə gedib. Davaya qarışan M.Beranın oğlu Kadir ilə kürəkəni Çingiz Beran qarşı tərəfə silah çəkiblər. Nəticədə, A.Aktaş ölüb, oğlu Kaan Aktaş və oğlunun dostu Yusuf Gökçe isə yaralanıblar.

Hadisə ötən il baş versə də, bununla bağlı görüntülər bu gün yayımlanıb.

Cinayətkarlar saxlanılıb. Onlara qarşı cinayət işi açılıb. Təqsirləndirilən şəxslər üçün ömürlük həbs cəzası istənilib.

RƏYLƏR