Putin: ABŞ Rusiya iqtisadiyyatını məhv etmək istəyir

OXUNUB: 640 DÜNYA

Rusiya prezidenti Vladimir Putin ABŞ-ın Rusiya iqtisadiyyatını məhv etmək və yekunda RF-nin nüvə arsenalını ələ keçirmək üçün ölkə rəhbərliyini dəyişmək istədiyini ehtimal edib. 

Bu barədə Rusiya prezidenti Vladimir Putin rejissor Oliver Stounun çəkdiyi filmdə verdiyi müsahibəsində bildirib. Film "Showtime” telekanalında nümayiş etdirilib.  

"Bu fikir variantı, belə siyasət variantı mümkündür. Əgər bu belədirsə, bunun yanlış siyasət olduğunu düşünürəm, çünki Rusiya ilə münasibətə belə baxış gələcəyi hədəf götürməyib. Belə düşünən insanlar 25-50 il qabağı görmürlər. Əgər buna baxsaydılar, Rusiya ilə münasibəti başqa cür qurardılar və Rusiyanı öz vassallarına çevirməyə çalışmazdılar”, - Putin deyib. /oxu

 

İcmal.Az

RƏYLƏR