Putin Makronu birlik olmağa çağırdı

OXUNUB: 878 DÜNYA
Rusiya prezidenti Vladimir Putin ötən gün Fransada keçirilən prezident seçkilərinin qalibi Emmanuel Makronu iki ölkə arasında beynəlxalq sabitliyin təminatı üçün səyləri birləşdirməyə çağırıb.

Fransanın yeni liderini teleqram vasitəsilə təbrik edən Vladimir Putin təbrik əsnasında Emmanuel Makronu yaxın zamanda iki ölkə arasındakı münasibətləri gözdən keçirməyə çağırıb.
Vladimir Putin teleqramda "Fransa vətəndaşlarının etimadını doğruldacağınıza ümid edirik" deyib:
"Siz bütün dünya üçün çətin bir dövrdə Fransaya liderlik etmək üçün xalq tərəfindən seçildiniz. Terrorizmlə mübarizələrdə ölkədaxili və xarici regionlarda təhlükəsizliyin tam təmin olunması istiqamətində güclərimizi birləşdirməyi təklif edirəm"./publika.az
 

İcmal.Az

RƏYLƏR