Putin söz verdi: "NATO-nun bütün hərəkətlərinə kobud cavab veriləcək"

OXUNUB: 1081 DÜNYA
Rusiya prezidenti Vladimir Putin bildirib ki, strateji balansı qorumaq üçün NATO-nun bütün hərəkətlərinə adekvat cavab veriləcək.

Rusiya lideri rejissor Oliver Stounun filminə müsahibəsində bu fikri səsləndirib.
 
Putin deyib: "Burada bizim üçün, yəni Rusiya üçün iki təhlükə var. Birincisi, sərhədlərimizin yaxınlığında, Şərqi Avropa ölkələrində raket əleyhinə sistemlərin yerləşdirilməsidir. İkincisi, Raket əleyhinə qurğuları bir neçə saat ərzində raket zərbəsi endirən sistemə çevirmək mümkündür".
 
Putinin sözlərinə görə, Rusiya hazırda mühasirəyə alınmış vəziyyətdədir: "Avropanın şərq hissəsində-suda və dənizdə gəmilərdə sistemlər quraşdırılacaq.
 
Bu gəmilər Aralıq dənizi, şimal dənizləri və Alyaskada keşik çəkəcək. ABŞ hökumətinin bu addımı kobud səhvdir. Əslində isə bu bizim partnyorların daha bir kobud svə strateji səhvidir. Çünki Rusiya buna adekvat cavab verəcək. Bu isə silahlanma yarışında başqa bir addım olacaq. Bununla yanaşı bizim cavabımız daha "ucuz" olacaq.
 
Texnika daha kobud ola bilər, amma eyni zamanda daha effektivdir. Beləcə biz strateji balansı qoruyacağıq. Balans çox vacibdir"./olke.az
 

İcmal.Az

RƏYLƏR