Putindən İran və Azərbaycanla bağlı – MÜHÜM QƏRAR

OXUNUB: 640 İQTİSADİYYAT

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ölkəsinin Azərbaycan vasitəsilə İranın şimalına qaz tədarükü planlarını təsdiqləyib.

İcmal.Az-ın  verdiyi xəbərə görə, bu barədə o, iranlı və azərbaycanlı həmkarları, Həsən Ruhani və İlham Əliyev ilə keçirdiyi danışıqlar zamanı deyib.

"Diqqətinizi bir məsələyə yönəldim: - baxmayaraq ki, bizim ölkələrdə karbohidrogenlərin istehsalı böyük həcmdə aparılır, maraqlıdır ki, bu xam malın bir birimizə tədarük etmə planları var. Mən daxili daşınmanı nəzərdə tuturam. Məsələn, biz 

Azərbaycanın boru nəqliyyat sistemləri vasitəsi ilə İranın şimalına qaz tədarükü hazırlığımızı təsdiqləyirik. Bu bizim tərəfdaşlarımız üçün iqtisadi cəhətdən səmərəli ola bilər”, - deyə Rusiya Prezidenti bildirib.

Vladimir Putin görüş zamanı həmçinin iqtisadi məsələlərin və terrorçuluqla mübarizənin də müzakirə olunduğunu deyib: 

"Biz sabitlik sahəsində vacib məsələləri, cinayətkarlıq və terrorçuluqla mübazirəni müzakirə etdik”.

O, hər üç ölkənin iri karbohidrogen istehsalçıları olduğunu vurğulayıb.

"Lakin bu o demək deyil ki, rəqabət aparmalıyıq. Biz öz hərəkətlərimizi koordinasiya etməliyik”, - deyə Vladimir Putin vurğulayıb.

İcmal.Az

RƏYLƏR