Putindən "S-400" raketləri və Türkiyə açıqlaması

OXUNUB: 800 DÜNYA
Rusiya prezidenti Vladimir Putin Türkiyənin almaq istədiyi "S-400" raketdən müdafiə sistemi barədə açıqlama verib.


Putin Türkiyə prezidenti Ərdoğan ilə görüşlərində "S-400" raketdən müdafiə sistemi mövzusunu da müzakirə etdiklərini bildirib.

Rusiya dövlət başçısı deyib: "Amma bu sistemləri hələ ölkədən xaricdə istehsal etməmişik. Bu gün Hindistanın baş naziri ilə bu sisemləri necə və hansı şərtlər altında istehsal edəcəyimizi müzakirə edəcəyik. Proses texnologiya və mütəxəssis cəhətdən böyük bir hazırlıq tələb edir. Amma mümkün olmayan heç bir şey yoxdur. Bu müasir sistemlərin təhvil verilməsi mövzusuna yenidən qayıdacağıq. Bu sistemlərin təsirli olduğunu həm rus, həm də türk hərbçisi bilir".

Putin həm də Suriyanın bölünə biləcəyi məsələsindən narahat olduğunu dilə gətirib: "Suriyada sakit bölgələrin qurulmasında da bəzi narahatçılıqlar yaranır. Bu bölgələr gələcəkdə Suriyanın bölünməsində rol oynamamlıdır. Əksinə, bu bölgələr ölkənin ərazi bütövlüyünün qorunması və gələcəkdəki siyasi dialoqa nümunə olması lazımdır. Suriya məsələsində Türkiyə ilə bir çox məsələdə həmfikirik. Türkiyə ilə əsas məsələlərdə razılıq olmasaydı, atəşkəs əldə edə bilməzdik"./olke.az
 

İcmal.Az

RƏYLƏR