Putindən şok açıqlama — "ABŞ-ın FTB direktoruna siyasi sığınacaq verə bilərik"

OXUNUB: 812 DÜNYA
Rusiya prezidenti Vladimir Putin ABŞ-ın tətbiq etdiyi sanksiyaları məntiqsiz adlandırıb.

Putin Rusiya-ABŞ münasibətlərinə aid bir sualı belə cavablandırıb: "Rəsmi Vaşinqton düşmənimiz deyil. Bir çox sahədə əməkdaşlıq etməyə hazırıq".
 
Sabiq FTB (Federal Təhqiqatlar Bürosu) direktoru Ceyms Kominin ABŞ Konqresində ifadə verməsinə dair bir sualı cavablandıran Putin qeyd edib ki, Komi Rusiyanın seçkilərə kiber hücum vasitəsilə müdaxilə etməsinə aid heç bir fakt ortaya qoya bilməyib. Bundan başqa sabiq FTB direktorunun prezident Trampla görüşlərini qeyd edərək üçüncü şəxs vasitəsilə mətbuata sızdırmasını Rusiya lideri qəribə adlandırıb. Onun fikrinə görə, belə bir vəziyyətdə Komi keçmiş NSA texniki işçisi Edvard Snoudendən heç bir fərqi yoxdur.
 
Putinin fikrinə görə, Komi kəşfiyyat idarəsinin rəisi kimi yox, bir görüşü müdafiə edən aktivist kimi davranır: "Əgər Kominin ifadələrinə görə istintaq başlasa, ona Rusiyada siyasi sığınacaq verməyə hazırıq"./olke.az
 
İcmal.Az

RƏYLƏR