Putinin ətrafındakı 300 nəfərə AĞIR ZƏRBƏ: 17 gün qaldı

OXUNUB: 25 DÜNYA

ABŞ tezliklə Rusiya oliqarxlarına qarşı yeni sanksiyalar tətbiq edəcək.

Bu haqda ABŞ-ın maliyyə naziri Stiven Mnuçin bildirib.

"Biz bunun üzərində işləyirik. Yeni sanksiyalar yaxın gələcəkdə elan ediləcək”, - Mnuçin deyib.

Eyni zamanda Rusiyanın "Kommersant” qəzetinin yazdığına görə, ABŞ administrasiyası Konqresə Rusiyanın ali rəhbərliyinə yaxın məmurlar və biznesmenlərin siyahısını təqdim etməyə hazırlaşır. Onların sayı 50-dən çox, ailə üzvlərinin sayı ilə birlikdə isə 300-ə qədər ola bilər.

Nəşrin məlumatına görə, "qara siyahı”ya düşmə sanksiyalarA avtomatik məruz qalma anlamına gəlmir, amma bu, riski artırır.

Qeyd edək ki, "Kreml hesabatı” adlandırılan sənədin yanvarın 29-da açıqlanacağı bildirilir./publika

İcmal.Az

RƏYLƏR