Putinin Trampa hədiyyə etdiyi topda dinləmə qurğusu var - ŞOK İDDİA

OXUNUB: 598 DÜNYA

Rusiya lideri Vladimir Putinin ABŞ prezidenti Donald Trampa hədiyyə etdiyi futbol topu yoxlanılmalıdır, çünki onda gizli dinləmə qurğuları ola bilər.

İcmal.Az "Röyters” agentliyinə istinadən xəbər verir ki, belə təkliflə Amerika senatoru Lindsi Qrem çıxış edib.

Qeyd edək ki, bu gün Putin Helsinkidə Trampla danışıqlardan sonra keçirilən mətbuat konfransında ABŞ prezidentinə futbol topunu hədiyyə edib.

İcmal.Az

RƏYLƏR