Putinlə “Birbaşa xətt” başlandı – CANLI

OXUNUB: 819 DÜNYA

Rusiya prezidenti Vladimir Putinlə ənənəvi ”Birbaşa xətt” başlanıb.

Qərbin tətbiq etdiyi sanksiyalar haqqında suala cavab verən Putinin sözlərinə görə, sanksiyaların tətbiqi üçün Krım məsələsi olmasaydı, nəsə başqa şeyləri fikirləşərdilər. Putin əminliyini ifadə edib ki, sanksiyalar Rusiya iqtisadiyyatının vəziyyətində kardinal təsir etməyib. Amma dövlət başçısı etiraf edib ki, neftin qiymətinin düşməsi daha əhəmiyyətli problem olub.

"Amma sanksiyaların müsbət nəticələri də var. Məhdudiyyətlər nəticəsində ölkə bir çox sahələrdə öz səlahiyyətlərini bərpa etdi. Bu, raket istehsalı, əczaçılıq, maşınqayırmaya, kənd təsərrüfatı və başqa sferalara aiddir. Rusiya satış bazarları axtarır”, - Putin bildirib.

Rusiya prezidenti ölkəsinin sanksiyalar görə 50-52 milyard, onları tətbiq edən dövlətlərin isə 100 milyard dollar itirdiyini söyləyib.

***

Rusiya prezidenti Vladimir Putinlə ənənəvi ”Birbaşa xətt” başlanıb.

İcmal.Az "RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, dövlət başçısı ölkənin ictimai-siyasi və ictimai-iqtisadi həyatı, həmçinin beynəlxalq vəziyyətə dair suallara cavab verəcək.

Ötən il "Birbaşa xətt” 3 saat 40 dəqiqə davam edib. Prezident 80 suala cavab verməyə vaxt tapıb.

RƏYLƏR