Pxenyan son raket sınağının kadrlarını göstərdi - VİDEO

OXUNUB: 528 DÜNYA

Koreya Xalq Demokratik Respublikasının mərkəzi televiziyası "Xvason-15” raketinin işə salınmasının kadrlarını ilk dəfə göstərib.

kadrlarda ölkə başçısı Kim Çen Inın hazırlıq mərhələsindən başlayaraq raketin işə salınmasına qədər prosesi izlədiyi görünür.

Qeyd edək ki, Şimali Koreyanın ötən gecə növbəti raket sınağını keçirməsi ilə Koreya yarımadası ətrafında vəziyyəti daha da gərginləşdirib. Raket 4 min 475 kilometr hündürlüyə qalxdıqdan sonra 950 kilometr uçub və Yaponiya sahillərinə düşüb. Raket 53 dəqiqə havada qalıb. Pxenyandan verilən açıqlamaya görə, yeni raket "Xvason-15” adını alıb.

Şimali Koreya lideri Kim Çen In isə raket sınağından sonra nüvə güclərinin yaradılmasının tamamlandığını bəyan edib.

Pxenyan, həmçinin Vaşinqtonun iddiasına görə, "Xvason-15” qitələrarası ballistik raketi ABŞ-ın istənilən nöqtəsinə nüvə hərbi yükünü çatdırmağa qadirdir.

ABŞ, Yaponiya və Cənubi Koreyanın ilkin hərbi analizinə əsasən, raket öz xarakteristikalarında bütün əvvəlki modifikasiyaları üstələyir./publika

 

 

İcmal.Az

RƏYLƏR