PXTİB – nin könüllü gəncləri "Ulduz" Şokolad fabrikinə ekskursiya ediblər

OXUNUB: 178 SOSİAL
    Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyi və "Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin təşkilatçılığı ilə "Ulduz" Şokolad fabrikinə   könüllü gənclərin ekskursiyası təşkil edilib.
     Ekskursiyada PXTİB-nin "Gənclərlə iş" şöbəsinin rəhbəri Həlimə Tağıyeva, "Ulduz" şokolad fabrikinin marketinq departamentinin kommunikasiya mütəxəssisi Lalə Nuriyeva, fabrik işçiləri  və 20  nəfər PXTİB-nin könüllü gəncləri iştirak  ediblər.  
      Açılışı  "Gənclərlə iş" şöbəsinin rəhbəri Həlimə Tağıyeva  edərək, "Ulduz"Şokolad fabrikinin rəhbərliyinə bu şəraiti yaratdıqları üçün öz minnətdarlığını bildirib. "Loqos" PNİM və PXTİB-nin fəaliyyəti barədə geniş məlumat verərək, "Loqos” jurnalını haqqında maraqlı fikirlər səsləndirərək, jurnalı hədiyyə olaraq fabrikin nümayəndəsinə təqdim edibdir. 
     Daha sonra fabrikin marketinq departamentinin kommunikasiya mütəxəssisi Lalə Nuriyevaya  çıxış edərək, "Loqos" PNİM və PXTİB rəhbərliyinə bu gözəl təşəbbüs üçün təşəkkürünü bildirib, gənclərə fabrik haqqında məlumat verib. Ulduz şokolad fabrikinin təqdimatı olaraq video-rolik nümayiş etdirilib. 
    Daha sonra gənclər fabrikin əsas hissəsi olan şokolad istehsalına baxmağa dəvət edilib. Gənclər müasir avadanlıqlarla tam gigiyenik qaydada şokoladın hazırlanma prosesi ilə yaxından tanış olublar. Ekskursiyanın gedişatında istehsal üzrə mütəxəssis avadanlıqlar, şokoladın hazırlanma prosesi və tərkibi haqqında gənclərə geniş məlumat veribdir. Proses izah olunarkən gənclərə şokolad hədiyyələri paylanılıb. 
    Sonda fabrik nümayəndələri və gənclər ilə xatirə fotosu çəkdirilib. 
 
 
İcmal.Az

RƏYLƏR