Qadın alveri ilə məşğul olan dəstə saxlanıldı - Fahişəlik və saxta evliliyə...

OXUNUB: 1145 DÜNYA

Böyük Britaniyada qadın alveri ilə məşğul olan dəstə saxlanılıb.

Dəstə qadınları iş adıyla aldadaraq, Şərqi Avropa ölkələrindən Şotlandiya və İngiltərəyə aparırmış.

Qurbanların əksəriyyəti Rumıniya və Slovakiya kimi yoxsulluğun hökm sürdüyü ölkələrdəndir. Qadınlar aparıldıqları ölkələrdə fahişəliyə və saxta evliliklərə məcbur edilirmiş. Onlara narkotik maddələrin verildiyi də ortaya çıxıb. Qadınlar Britaniya və Şotlandiyaya aparılmazdan öncə və sonra xüsusi evlərdə saxlanılırmış.

Dəstə qadınların əksəriyyətini asiyalı kişilərə satıb. Məqsəd isə həmin kişilərin Britaniya və Şotlandiyada saxta evliliklə vətəndaşlıq hüququ almalarına kömək etmək olub./metbuat.az

 

İcmal.Az

RƏYLƏR