Qadın boksçu rəqibini baxış dueli zamanı dodağından öpdü – VİDEO

OXUNUB: 846 İDMAN

İsveçli qadın boksçu Mikaela Lauren rəqibi norveçli Sesiliya Brekhusu baxış dueli zamanı dodağından öpüb.

Video Boxing Channel YouTube kanalında yerləşdirilib.

36 yaşlı çempion 41 yaşlı Mikaelaya yüngül şillə və gülüşlə cavab verib.

İkinci yarım-orta çəkidə Ümumdünya Boks Şurası (WBC), Ümumdünya Boks Assosiasiyası (WBA), Beynəlxalq Boks Federasiyası (IBF) və Ümumdünya Boks Təşkilatı (WBO) versiyaları üzrə döyüş oktyabrın 21-də Norveçin Stokk şəhərində keçiriləcək. Qeyd edək ki, hazırda sadalanan bütün titulların sahibi Brekhusdur./oxu

İcmal.Az

RƏYLƏR