Qadın futbolçular arasında dava düşdü – FOTO + VİDEO

OXUNUB: 1027 İDMAN

Türkiyənin qadın futbolu üzrə III dəstəsində oyunçular arasında dava düşüb.

 "Yeni Burdurspor”la "Antalya Dəmirspor” XIV qrupun matçında üz-üzə gəlib. Burdurun Qazi Atatürk adına stadionunda oynanılan matç ötən həftə həyatını itirən "Yeşilova Bələdiyyəspor”unun məşqçisi Muzaffer Başın bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Oyunun 4:1 meydan sahiblərinin xeyrinə olduğu matçın 90-cı dəqiqəsində iki komandanın oyunçuları arasındakı gərginliyə ehtiyat oyunçular da qoşulunca, meydançada aləm bir-birinə dəyib. Hər iki komandanın üzvləri bir-birlərinə təpik vurmağa başlayıb. Futbolçuları polis və məşqçilər ayırmağa çalışıb. Çətinliklə futbolçuları sakitləşdirən polis əvvəl qonaqları, daha sonra meydan sahiblərini meydandan çıxarıb.

Oyunun sonunda Antalya komandasının futbolçularından birinin halı pisləşib və o, Burdur Dövlət Xəstəxanasına aparılıb.

Image result for Burdur kadın futbolcular kavga

Image result for Burdur kadın futbolcular kavga

Image result for Burdur kadın futbolcular kavga

Baş hakim Yusuf Can Çətin isə oyunu davaya görə yarımçıq dayandırmalı olub. Bu barədə sanksiyanı isə Həvəskar Futbolu üzrə İntizam Komitəsi verəcək./oxu

İcmal.Az

RƏYLƏR