Qadın güləşçimiz İslamiadanın qızıl medalını qazandı

OXUNUB: 1014 İDMAN
Qadın güləşçimiz Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb.

İcmal.Az Trend-ə istinadən bildirir ki, 53 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Leyla Qurbanova ilk görüşdə Türkiyə təmsilçisi Burcu Kevicini tam üstünlüklə məğlub edib.

İkinci oyunda qazaxıstanlı Aygül Nuralimi 6:0 hesabı ilə məğlub edən Azərbaycan təmsilçisi qadın güləşçilərimizin İslamiadada ilk qızıl medalına sahib olub.

Qeyd edək ki, Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
 
İcmal.Az

RƏYLƏR