Qadın keçmiş əri tərəfindən “ASAN xidmət”də döyülüb

OXUNUB: 528 HADİSƏ

Gəncə şəhərində döyülmə faktı qeydə alınıb. 

İcmal.Az-ın APA-ya istinadən məlumatına görə, hadisə Gəncə "ASAN xidmət” mərkəzində baş verib.

Şəhər sakini, 1994-cü il təvəllüdlü Məmmədova Nuran boşandığı əri ilə "ASAN xidmət”ə gedib, orada aralarında mübahisə baş verib. Keçmiş ər N.Məmmədovaya müxtəlif bədən xəsarətləri yetirib. Qadın xəstəxanaya yerləşdirilib. Vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. 

İcmal.Az

RƏYLƏR