Qadın məhkəməyə həbsdə doğduğu körpəsiylə gəldi

OXUNUB: 752 HADİSƏ

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirlındirilən qadınlar - Gülşən Bəkirova, Xalidə Bəkirova və Zoya Nadirovanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Hakim Azər Orucovun icraatında olan prosesdə hökm oxunub.

Məhkəmə kollegiyasının hökmü ilə Xalidə Bəkirova 8 il 6 ay, Gülşən 8 il müddətinə azadlıqdan məhrum edilib. Zoya Nadirova isə 3 min manat cərimə edilib.

Zoya Nadirova Yaşar Feyzullayevə dəyən ziyanı ödəyib. Səyyarə Əliyevaya dəyən ziyan ödənilməyib.

X.Bəkirova əvvəllər də oğurluğa görə məhkum edilib. Gülşən Bəkirova təcridxanada olarkən övladı dünyaya gəlib. Məhkəmə prosesində də azyaşlı körpəsi ilə birlikdə iştirak edib.

Qeyd edək ki, 2016-cı il mayın 6-da Yaşar Feyzullayevə məxsus evdən 220 manat pul və qızıl əşya oğurlamış Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Gülşən Bəkirova tutulub.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun mayın 10-da Səyyarə Əliyevaya məxsus evdən 270 manat pul və 10000 manat dəyərində qızıl əşyalar oğurlaması da müəyyən edilib./qafqazinfo

 


İcmal.Az

RƏYLƏR