Qadın rəfiqəsinin burnunu dişlədi, qoparıb, uddu - FOTO

OXUNUB: 598 DÜNYA

Tək xatırladığım o idi ki, ağzıma qan dadı gəlirdi.

İcmal.Az bildirir ki, bu sözləri rəfiqəsinin qurbanı olan Tatiana adlı qadın KTRK-TV-yə söyləyib.

"Mən dəli kimi qışqırırdım. 28 yaşım var və artıq mənim burnum yoxdur".

Texas ştatının Hyuston şəhərində yaşayan 41 yaşlı Cessika Kollins adlı qadın sərxoş ikən ondan evini tərk etməsini tələb edən rəfiqəsi Tatyananın burnunu dişləyib, qopardıb, sonra da udub.

 

"Həmin anda, sadəcə, ağrı hiss etdim. Nə baş verdiyini anlamamışdım. Xəstəxanada ayılanda gördüm ki, burnum yoxdur", - Tatyana söyləyib.

Hadisədən sonra Cessika saxlanılıb və 1000 dollar təzminat verdikdən sonra sərbəst buraxılıb.

İcmal.Az

RƏYLƏR