"Qadın salonlarında işləyənlərin 90%-i məlum məsələdir" - Kamil Zeynallı

OXUNUB: 629 SOSİAL

Müğənni Gülay Zeynallının idmançı həyat yoldaşı Kamil Zeynallı gözəllik salonunda işləyənləri təhqir edib.

 

İcmal.Az Aznews.az-a istinadən bildirir ki,Kamil Zeynallı salon işçilərinin onun haqqında söz-söhbət yaydığını iddia edib.

 

O, "Instagram"da: "O qədər məkanlarda, qadın salonlarında dedi-qodum gedir ki. Eşidən də deyər ki, bu oğlan əxlaqsız, tərbiyyəsizdir. Qadın salonlarında işləyənlərin 90%-i məlum məsələdir. Məsəli yaxşılardan uzaq. Adama deyərlər ki, ay qadın salonunda işləyən fahişələr, gedin öz gəzməklərinizdən danışın, niyə onun-bunun söhbətini edirsiniz? Özünüz ayda altı-yeddi oğlan dəyişir, gündə birinə nömrə verirsiniz", - deyə bildirib.

 

Qeyd edək ki, Kamil Zeynallı Gülay Zeynallı ilə evldir və cütlüyün bir qızı var.

 

 

İcmal.Az

RƏYLƏR