Qadın taekvandoçumuz yarımfinalda - Bakı-2017

OXUNUB: 66 İDMAN
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında qadın taekvandoçumuz yarımfinala yüksəlib.

İcmal.Az Trend-ə istinadən xəbər verir ki, dayanq üzərinə çıxan təmsilçimiz Darya Şkurko (62 kq) 1/4 finalda Mərakeş taekvandoçusu Sukayna Əl Auni ilə görüşüb.

Qarşılaşma idmançımızın xeyrinə başa çatıb - 10:8.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
 
İcmal.Az

RƏYLƏR